İstanbuldakı Baş konsulumuz: “Həmvətənlərimizə lazımi dəstəyi verməkdəyik”

İstanbuldakı Baş konsulumuz: “Həmvətənlərimizə lazımi dəstəyi verməkdəyik” Türkiyə Cümhuriyyətindəki vətəndaşlarımızın Azərbaycana gətirilməsi ölkə rəhbərliyinin nəzarətindədir və həmvətənlərimiz ən qısa müddət ərzində ölkəmizə göndəriləcək.
Sağlamlıq
16 Mart , 2020 02:34
İstanbuldakı Baş konsulumuz: “Həmvətənlərimizə lazımi dəstəyi verməkdəyik”

"Türkiyə Cümhuriyyətindəki vətəndaşlarımızın Azərbaycana gətirilməsi ölkə rəhbərliyinin nəzarətindədir və həmvətənlərimiz ən qısa müddət ərzində ölkəmizə göndəriləcək".

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev deyib.

Konsul bildirib ki, “Azərbaycan Hava Yolları" şirkəti (AZAL) vasitəsilə 242 vətəndaşımız artıq İstanbul Hava Limanından ölkəmizə yola salınıb: "COVİD-19 virusunun yayılmasının ümumdünya miqyasda olduğunu nəzərə alaraq, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan tapşırıqlar bundan sonra da tam və çevik şəkildə icra olunacaq. Bildirmək istərdik ki, ölkəmizə geri dönüşlə bağlı vətəndaşlarımız arasında hər hansı narahatlığa və təşvişə ehtiyac yoxdur.

Səfirlik gücləndirilmiş iş rejimində çalışır. Həmvətənlərimizə lazım olan bütün dəstəyi verməkdəyik".

Müəllif: Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi