BMT-nin baş katibi: "Qida çatışmazlığı ilə üzləşən insanların sayı sürətlə artacaq" - VİDEO

BMT-nin baş katibi: "Qida çatışmazlığı ilə üzləşən insanların sayı sürətlə artacaq" - VİDEO BMT-nin baş katibi Antonio Quterreş qida təhlükəsizliyinə dair analitik icmalla bağlı videomüraciət edib.
Sağlamlıq
10 İyun , 2020 09:08
BMT-nin baş katibi: Qida çatışmazlığı ilə üzləşən insanların sayı sürətlə artacaq - VİDEO

BMT-nin baş katibi Antonio Quterreş qida təhlükəsizliyinə dair analitik icmalla bağlı videomüraciət edib.

"Report" A.Quterreşin müraciətini təqdim edir:

"7,8 milyard təşkil edən dünya əhalisini təmin etmək üçün kifayət qədər ərzaq var. Lakin hazırda 820 milyondan çox insan ac qalır. 5 yaşa qədər təxminən 144 milyon uşağ böyümədə gecikir – bu, dünyadakı uşaqların beşdə birindən çoxdur. Ərzaq sistemlərimiz yaxşı işləmir və COVID-19 pandemiyası vəziyyəti daha da ağırlaşdırır. Təcili tədbirlər görülməsə qlobal ərzaq sahəsində fövqəladə vəziyyətin qaçılmazlığı aydın görünür. Bu isə yüz milyonlarla uşaq və böyüklərə uzunmüddətli təsir göstərə bilər.

Bu il COVID-19 böhranı səbəbindən daha 49 milyon insan ifrat yoxsulluq vəziyyətinə düşə bilər. Qida çatışmazlığı ilə üzləşən insanların sayı sürətlə artacaq. Ümumi Daxili Məhsulun bir faiz düşməsi böyümədə gecikən uşaqların sayının 0,7 milyon artması deməkdir. Hətta ərzağın bol olduğu ölkələrdə belə ərzaq təchizatı zəncirində fasilələrin yaranma riskini görürük.

Pandemiyaya qarşı mübarizə səylərimizin ən pis təsirlərinin qarşısını almaq üçün indi hərəkət etməliyik. Bu gün mən COVİD-19-un ərzaq təhlükəsizliyi və qidalanmaya təsiri ilə bağlı anlitik icmalı təqdim edirəm. Onun üç aydın nəticəsi var. Birincisi, səylərimizi insanların həyatını xilas etməyə və həyat düzənini qorumağa yönəltməliyik, risk dərəcəsinin yüksək olduğu sahələrə diqqət yetirməliyik. Bu, o deməkdir ki, qida xidmətlərini ən vacib xidmətlər sırasına aid etmək, həmçinin qida sənayəsi işçilərinin lazımi müdafiəsini təmin etmək lazımdır. Bu o deməkdir ki, həssas qruplar üçün zəruri humanitar ərzaq, yaşayış və qida yardımı davam etdirilməlidir.

Bu, həmçinin o deməkdir ki, ərzaq böhranı yaşayan ölkələrə sosial müdafiə sistemlərinin möhkəmləndirilməsi və genişləndirilməsi üçün ərzaq təchizatı təmin edilməlidir. Ölkələr qida sənayəsi, daşınma və yerli ərzaq bazarlarına dəstəyi artırmalı və ərzaq sistemlərinin davamlı işləməsini təmin etmək üçün ticarət dəhlizlərini açıq saxlamalıdırlar. Onlar həmçinin yardım və iqtisadi stimul paketlərin əhalinin ən həssas qruplarına çatmasını, o cümlədən kiçik ərzaq istehsalçılarının və kənd müəssisələrin likvidlik ehtiyaclarının ödənilməsini təmin etməlidirlər. İkincisi, qidalanma sahəsində sosial müdafiə sistemlərini gücləndirməliyik.

Ölkələr təhlükəsiz və doydurucu qidanın əlçatan olmasını təmin etməlidirlər, xüsusilə də azyaşlı uşaqlar, hamilə və süd verən qadınlar, yaşlılar və digər risk qruplarının nümayəndələri üçün. Ölkələr həmçinin ərzaq təminatı baxımından risk altında olan insanların maraqlarına uyğun olaraq sosial müdafiə proqramlarını tənzimləməli və genişləndirməlidirlər. Bura hazırda məktəb yeməklərindən məhrum olan uşaqlara dəstək də daxildir. Üçüncüsü, gələcəyə sərmayə yatırmalıyıq.

Daha inklüziv və dayanıqlı dünya qurmaq imkanımız var. Gəlin, ərzaq məhsulları istehsalçılarının və qida sənayesi işçilərinin tələbatını daha yaxşı ödəyən ərzaq sistemləri yaradaq. Aclıqa son qoymaq üçün sağlam və doydurucu qidaların daha əlçatan olmasını təmin edək. Gəlin, ərzaq sistemlərinin ətraf mühitlə əlaqəsini elə tarazlaşdıraq ki, onlar təbiətə və iqlimə daha yaxşı təsir göstərsinlər.

Unutmamalıyıq ki, qida sistemləri istixana qazı tullantılarının 29 faizini, o cümlədən metanın 44 faizini təşkil edir və biomüxtəlifliyə mənfi təsir göstərir. Əgər bu gün yayımlanan analitik icmalda deyilənləri vəbundan daha artıq iş görsək, COVİD-19-un qida təhlükəsizliyi və qidalanmaya ən pis təsirlərinin qarşısını ala bilərik. Biz bunu həyata keçirməli olduğumuz yaşıl iqtisadiyyata keçidi dəstəkləyən bir şəkildə edə bilərik. Təşəkkür edirəm".

Son xəbərlər

Orphus sistemi