Bəhram Bağırzadənin son durumu açıqlanıb

Bəhram Bağırzadənin son durumu açıqlanıb “Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti kritik stabil ağır olaraq qalır. Müəyyən laborator və renginoloji göstəricilərdə cüzi yaxşılaşma qeyd edilir”.
Sağlamlıq
19 İyun , 2020 11:12
Bəhram Bağırzadənin son durumu açıqlanıb

“Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti kritik stabil ağır olaraq qalır. Müəyyən laborator və renginoloji göstəricilərdə cüzi yaxşılaşma qeyd edilir”.

Bunu “Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur. 

Son xəbərlər

Orphus sistemi