Aparat rəhbəri: "Azərbaycanda həkimlərin sayı orta Avropa göstəricilərinə yaxındır"

Aparat rəhbəri: "Azərbaycanda həkimlərin sayı orta Avropa göstəricilərinə yaxındır" Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanda həkimlərin və reabilitasiya işçilərinin sayı orta Avropa göstəricilərinə yaxındır.
Sağlamlıq
21 Dekabr , 2018 12:49
Aparat rəhbəri: Azərbaycanda həkimlərin sayı orta Avropa göstəricilərinə yaxındır
Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 21 dekabr. REPORT.AZ/ "Bu gün Azərbaycanda həkimlərin və reabilitasiya işçilərinin sayı orta Avropa göstəricilərinə yaxındır".

"Report" xəbər verir ki, bunu "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva deyib.

O bildirib ki, həkimlərin sayına görə şəhər və rayonlarda çox böyük qeyri-bərabərlik var: "Mənə elə gəlir ki, islahatlar aparıldıqca bu rəqəmlər də dəyişəcək".

O qeyd edib ki, artıq bir neçə ay əvvəl ölkə başçısı İlham Əliyevin təlimatı ilə əlilliyin qarşısının erkən alınması ilə bağlı milli fəaliyyət planı təsdiq olunub: "Planın əsas iştirakçısı Səhiyyə Nazirliyidir. Eyni zamanda planın icrasında digər dövlət qurumları da iştirak edir. Plana əsasən çoxsaylı tədbirlər həyata keçiriləcək". 

Son xəbərlər

Orphus sistemi