Azərbaycanda daha 44 nəfər koronavirusa yoluxub, 65 nəfər sağalıb

Azərbaycanda daha 44 nəfər koronavirusa yoluxub, 65 nəfər sağalıb Azərbaycan Respublikasında 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sağlamlıq
24 Aprel , 2020 15:47
Azərbaycanda daha 44 nəfər koronavirusa yoluxub, 65 nəfər sağalıb
0 : 00
0 : 00

Azərbaycan Respublikasında 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya, aterosklerotik kardio skleroz, ürəyin işemik xəstəliyi olan 1935-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1 592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 013 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 114 410 test aparılıb.

Son xəbərlər

Orphus sistemi