Yuxarı

AQTA süd istehlakı ilə bağlı videoçarx yayımlayıb - VİDEO

​AQTA süd istehlakı ilə bağlı videoçarx yayımlayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin maarifləndirilməsi tərdbirləri çərçivsində növbəti videoçarx hazırlayıb.

"Report"un xəbərinə görə, videoçarxda süd içməyin insan orqanizmi üçün əhəmiyyəti ilə yanaşı süd və süd məhsullarının keyfiyyət və təhlükəsizliyi ilə bağlı maarifləndirici məlumatlar əksini tapıb. Qeyd olunur ki, südün təhlükəsizliyi onun istehsal şəraiti, düzgün qablaşdırılmasından asılıdır və üzərində istehsalçının adı, ünvanı, məhsulun tərkibi, son istifadə tarixi qeyd edilməyən süd məhsulları orqanizm üçün təhlükəli ola bilər.

KİV və sosial şəbəkələrdə geniş şəkildə yayımlanması nəzərdə tutulan videoçarxın hazırlanmasında əsas məqsəd əhali arasında süd və süd məhsullarından düzgün istifadə qaydalarının təşviq edilməsi, vətəndaşlarda sağlam qidalanma vərdişlərinin aşılanmasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi