Zərdabda qanvermə aksiyası keçirilib

Zərdabda qanvermə aksiyası keçirilib “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin qrafikinə uyğun olaraq Zərdab rayonunda qanvermə aksiyası keçirilib.
Sağlamlıq
6 Yanvar , 2022 18:19
Zərdabda qanvermə aksiyası keçirilib

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin qrafikinə uyğun olaraq Zərdab rayonunda qanvermə aksiyası keçirilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşları tərəfindən xeyirxah kampaniyaya qoşulanlar lazımi müayinədən keçirildikdən sonra qanvermə aksiyası baş tutub.

Aksiyada 250 nəfərə yaxın rayon sakini iştirak edib.

Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.

Son xəbərlər

Orphus sistemi