Səhiyyə Nazirliyi: Yataqxanadakı yanğın zamanı 8 nəfər təcili tibbi yardıma müraciət edib

Səhiyyə Nazirliyi: Yataqxanadakı yanğın zamanı 8 nəfər təcili tibbi yardıma müraciət edib Məcburi köçkünlərin məskunlaşdığı Bakının Nizami rayonu, Babək prospektində Azərsutikinti Xəstəxanasının korpusunda baş verən yanğın zamanı, ümumilikdə, 8 nəfər təcili tibbi yardıma müraciət edib.
Sağlamlıq
10 Aprel , 2019 15:05
Səhiyyə Nazirliyi: Yataqxanadakı yanğın zamanı 8 nəfər təcili tibbi yardıma müraciət edib
0 : 00
0 : 00

Məcburi köçkünlərin məskunlaşdığı Bakının Nizami rayonu, Babək prospektində Azərsutikinti Xəstəxanasının korpusunda baş verən yanğın zamanı, ümumilikdə, 8 nəfər təcili tibbi yardıma müraciət edib.

Bunu “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 2 kişi, 3 qadın və bir uşağa yerində yardım göstərilib: “Bir nəfər kişi özünü hündürlükdən atıb. Xəstə 3 saylı Şəhər Klinik Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Ona bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu qoyulub. Hazırda vəziyyəti orta-ağırdır. Bir nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib, ona tibbi yardım göstərilib və hazırda vəziyyəti yaxşıdır”.

Son xəbərlər

Orphus sistemi