Vladanka Andreyeva: COP29 çərçivəsində insan sağlamlığı sahəsində bir çox mövzular müzakirə olunacaq

Vladanka Andreyeva: COP29 çərçivəsində insan sağlamlığı sahəsində bir çox mövzular müzakirə olunacaq COP29 çərçivəsində insan sağlamlığı sahəsində bir çox mövzular müzakirə olunacaq.
Sağlamlıq
25 İyul , 2024 09:51
Vladanka Andreyeva: COP29 çərçivəsində insan sağlamlığı sahəsində bir çox mövzular müzakirə olunacaq

COP29 çərçivəsində insan sağlamlığı sahəsində bir çox mövzular müzakirə olunacaq.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva "Vahid sağlamlıq: Sektorlararası dialoqla COP29-a hazırlıq" adlı simpoziumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, insan fəaliyyətləri nəticəsində dünyada müşahidə olunan xəstəliklər daha da artır:

"Bu gün vahid sağlamlıq çox önəmlidir. COVID-19 hər kəsin sağlamlığı baxımından təhlükəsizliyin vacib olduğunu xatırlatdı. Bu sahədə çalışan qurumlar bir-birilə sıx əməkdaşlıq etməlidir. Müxtəlif sektorlarda əlaqəli koordinasiya etməklə risklərin aradan qaldırılmasında nailiyyətlər əldə etmək olar".

V.Andreyeva qeyd edib ki, vahid sağlamlığın əsas mərkəzində əməkdaşlıq və tərəfdaşlıq dayanır:

"Bütün qurumlar əməkdaşlığın təmini üçün səylər göstərməlidir. Azərbaycan hökuməti COP29 çərçivəsində insan sağlamlığı sahəsində bir çox mövzuların müzakirə olunacağını bəyan edib. Ölkənin bu sahədə üzərinə götürdüyü öhdəliyi təmin edə biləcəyinə əminəm".

FOTO: Samirə Həsənova

Son xəbərlər

Orphus sistemi