ÜST Rusiyada COVID-19-dan ölüm səviyyəsinin aşağı olmasının səbəbini açıqladı

ÜST Rusiyada COVID-19-dan ölüm səviyyəsinin aşağı olmasının səbəbini açıqladı Rusiyada koronavirusa (COVID-19) yoluxanların sayının çox olmasına baxmayaraq, ölüm səviyyəsinin aşağı olması ölkədə böyük miqdarda keçirilən test sayı ilə əlaqəlidir.
Sağlamlıq
11 İyun , 2020 12:13
ÜST Rusiyada COVID-19-dan ölüm səviyyəsinin aşağı olmasının səbəbini açıqladı

Rusiyada koronavirusa (COVID-19) yoluxanların sayının çox olmasına baxmayaraq, ölüm səviyyəsinin aşağı olması ölkədə böyük miqdarda keçirilən test sayı ilə əlaqəlidir. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan deyib. 

“Sözsüz, ölüm sayının yoluxma hallarına nisbətdə az olması qeyri-adi haldır. Bununla belə, Rusiyada xeyli test keçirilib, onlar çox sürətli şəkildə testlərin sayını artırdılar”, - o bildirib. 

Bununla yanaşı, proqram direktoru vurğulayıb ki, ölüm faktlarının aktlaşdırılması qaydasına riayət edilməsinin qiymətləndirilməsi vacibdir.  

Xatırladaq ki, iyunun 11-nə olan məlumata görə, Rusiyada 502 436 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 261 150 nəfər sağalıb, 6 532 nəfər isə ölüb. 

Son xəbərlər

Orphus sistemi