ÜST rəhbəri koronavirus əleyhinə peyvənd olundu

Sağlamlıq
  • 13 may, 2021
  • 00:38
ÜST rəhbəri koronavirus əleyhinə peyvənd olundu
Tedros Ahanom Qebreyesus

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Ahanom Qebreyesus koronavirusdan peyvənd olunub.

“Report” xəbər verir ki, bu barədə o, özünün tvitterdəki səhifəsində bildirib.

ÜST rəhbəri hamını peyvənd olunmağa çağırıb.

"Bu gün Cenevrə Universiteti Xəstəxanasında COVID-19-dan peyvənd edilmək mənim növbəmdir", - deyə Qebreyesus bildirib. O, peyvəndlərin insanların həyatını xilas etdiyini və preparatların bütün ölkələrdə olmasının vacibliyini vurğulayıb.

"Əgər siz də mənim kimi peyvəndlərin mövcud olduğu ölkədə yaşayırsınızsa, zəhmət olmasa növbəniz gələndə vaksinasiya olunun", - deyə ÜST rəhbəri tövsiyə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti