ÜST: Bəzi ölkələrdə koronavirusa yoluxma və ölüm kəskin artıb

ÜST: Bəzi ölkələrdə koronavirusa yoluxma və ölüm kəskin artıb Koronavirusa yoluxma hallarının qlobal azalması fonunda bəzi ölkələrdə xəstəxanaya yerləşdirmə və ölüm halları kəskin artmaqdadır.
Sağlamlıq
26 Avqust , 2023 05:26
ÜST: Bəzi ölkələrdə koronavirusa yoluxma və ölüm kəskin artıb

Koronavirusa yoluxma hallarının qlobal azalması fonunda bəzi ölkələrdə xəstəxanaya yerləşdirmə və ölüm halları kəskin artmaqdadır.

“Report” xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə deyib.

Qebreyesus dünya ölkələrini belə bir vəziyyətdə koronavirusun yeni ştamlarının yayılması ilə bağlı riski qiymətləndirmək üçün epidemioloji nəzarəti və məlumat mübadiləsini gücləndirməyə çağırıb:

“Biz bütün dövlətləri EG.5 və BA.2.86 kimi yeni ştamların yayılma riskini qiymətləndirə bilməmiz üçün nəzarəti gücləndirməyə çağırırıq”.

O vurğulayıb ki, bu ilin may ayında COVID-19-a yoluxma halının azalmasına baxmayaraq, bu xəstəlik sağlamlıq üçün qlobal təhlükə olaraq qalır.

Qeyd edək ki, təşkilatın Cenevrədə dərc olunan məlumat hesabatında deyilir ki, iyulun 24-dən avqustun 20-dək dünyada 1,47 milyondan çox insan koronavirusa yoluxub və 2 000-dən çox insan ölüb. Əvvəlki 28 günlə müqayisədə yoluxanların sayı 63 % artıb, ölənlərin sayı isə 48 % azalıb. Səkkiz ölkə xəstəxanaya müraciətlərin 20 % və ya daha çox artdığını bəyan edib. Onların arasında Banqladeş, Yunanıstan, İslandiya, Meksika və ABŞ var. EG.5 ştamı 53 ölkədə aşkarlanıb.

Xatırladaq ki, koronavirusla əlaqədar fövqəladə vəziyyət 2020-ci ilin yanvar ayının sonundan 2023-cü il mayın 5-dək qüvvədə olub. 11 mart 2020-ci ildə ÜST COVID-19 epidemiyasını pandemiya kimi tanıyıb. Avqustun 16-a olan məlumata görə, dünyada ümumilikdə 769 806 130 koronavirusa yoluxma qeydə alınıb, 6 955 497 nəfər ölüb. Mayın 5-də Cenevrədə keçirdiyi brifinqdə Qebreyesus bildirib ki, əslində ölənlərin sayı azı 20 milyondur.

Son xəbərlər

Orphus sistemi