ÜST: Afrika pandemiyanın kəskin mərhələsini keçib

Sağlamlıq
  • 11 fevral, 2022
  • 02:51
ÜST: Afrika pandemiyanın kəskin mərhələsini keçib

Afrika ölkələri koronavirus pandemiyasının kəskin mərhələsindən nəzarət mərhələsinə keçir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika ofisinin rəhbəri Matşidiso Moeti deyib.

“Bu il biz xəstəliyin kəskin mərhələsinə və pandemiyaya son qoya bilərik", - Moeti bildirib.

Moeti vurğulayıb ki, COVID-19 ilə mübarizədə əsas vasitə peyvənddir.

ÜST-nin Afrikadakı ofisinin rəhbəri qeyd edib ki, Afrika ölkələrində peyvənd, müalicə və diaqnostika istehsalına dəstək vermək lazımdır.

Qeyd edək ki, pandemiyanın başlanğıcından indiyədək Afrikada 11 milyondan çox insan koronavirusa yoluxub.