Azərbaycana gətirilən 24 ton dondurulmuş toyuq dərisi yararsız çıxdı

Azərbaycana gətirilən 24 ton dondurulmuş toyuq dərisi yararsız çıxdı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir
Sağlamlıq
30 Mart , 2021 11:03
Azərbaycana gətirilən 24 ton dondurulmuş toyuq dərisi yararsız çıxdı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan "Report"a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Frozen Products” MMC tərəfindən Ukraynadan ölkəmizə idxal edilən 23 898 kq dondurulmuş toyuq dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi