TƏBİB: 22 nəfərin travma səbəbi ilə müraciəti qeydə alınıb

TƏBİB: 22 nəfərin travma səbəbi ilə müraciəti qeydə alınıb Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejiminə keçib.
Sağlamlıq
14 Yanvar , 2024 16:22
TƏBİB: 22 nəfərin travma səbəbi ilə müraciəti qeydə alınıb

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə bağlı 22 nəfərin travma səbəbilə müraciəti qeydə alınıb.

Bu barədə "Report"a TƏBİB-dən bildirilib.

Müxtəlif bədən xəsarətləri, xüsusilə ətrafların travması diaqnozu ilə 22 nəfər profil üzrə xəstəxanalara təxliyə olunublar.

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejiminə keçib.

Relyefi çətin ərazilərdə xidmət göstərmək üçün sanitar avtomobillər ("Mitsubishi Pajero", "UAZ", "Mercedes Vito", "Volkswagen" markalı) hazır vəziyyətə gətirilərək xəttə buraxılıb.

Eyni zamanda digər sanitar avtomobillərin də texniki vəziyyəti çətin hava şəraitində xidmət göstərmək üçün uyğunlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi