TƏBİB Şabrandakı yol qəzasında xəsarət alanların son durumunu açıqlayıb

TƏBİB Şabrandakı yol qəzasında xəsarət alanların son durumunu açıqlayıb TƏBİB Şabrandakı yol qəzasında xəsarət alanların son durumunu açıqlayıb.
Sağlamlıq
23 Sentyabr , 2022 12:33
TƏBİB Şabrandakı yol qəzasında xəsarət alanların son durumunu açıqlayıb

TƏBİB Şabrandakı yol qəzasında xəsarət alanların son durumunu açıqlayıb.

Qurumdan "Report"a verilən məlumata görə, Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 12 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki tibb müəssisələrində davam etdirilir.

Hazırda xəsarət alanlardan 10 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasında, 2 nəfər isə Kliniki Tibbi Mərkəzdə müalicə alır. Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti ağır, Cərrahiyyə şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti orta ağır, 8 nəfərin vəziyyəti isə orta sabitdir.

Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti ağır, Travmatologiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən döş qəfəsinin travması, çox saylı qabırğa sınıqları, kəllə-beyin travmaları, üz, baş, bədən nahiyələrində olan yaralar və s. ilə bağlıdır.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə tibb müəssisəsinə gətirilərkən yolda dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi