TƏBİB-in İdarə heyəti yanında Tibbi-Elmi Komitənin növbəti iclası keçirilib

TƏBİB-in İdarə heyəti yanında Tibbi-Elmi Komitənin növbəti iclası keçirilib Avqustun 27-də TƏBİB-in İdarə Heyəti yanında “Covid-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı Tibbi-Elmi Komitə”nin növbəti iclası keçirilib.
Sağlamlıq
27 Avqust , 2020 15:25
TƏBİB-in İdarə heyəti yanında Tibbi-Elmi Komitənin növbəti iclası keçirilib

TƏBİB-in İdarə Heyəti yanındaCOVID-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı Tibbi-Elmi Komitə”nin növbəti iclası keçirilib.

TƏBİB-dən "Report"a bildirilib ki, onlayn formatda keçirilən iclasda TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı, TƏBİB-in Tibbi xidmətlər departamentinin müdiri Firəngiz Əliyeva, Komitənin sədri, ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru, t.e.d. Akif Qurbanov və üzvlər iştirak edib.

İclasda koronavirus pandemiyası ilə bağlı ölkəmizdəki vəziyyət, “COVID-19 virusuna qarşı endogen müdafiə resurslarına əsaslanan müalicə üsulunun işlənilməsi” adlı qrant layihəsi, COVID-19 pnevmoniyasının patogenetik müalicəsinə yeni yanaşmalar, COVID-19 pnevmoniyasının müalicəsində asetilsisteinin tətbiqi və s. mövzularda müzakirələr aparılıb.

Sonda Azərbaycanda COVID-19 vaksinin tətbiqi strategiyası haqqında Tibbi-Elmi Komitənin təklifləri dinlənilib.

Qeyd edək ki, Komitə TƏBİB-in İdarə Heyəti sədrinin müvafiq əmri ilə COVID-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi məqsədilə yaradılıb.

Komitənin üzvləri aşağıdakılardır:

  • Həqiqət Qədirova - Elmi Tədqiqat Agciyər Xəstəliklər İnstitutunun direktoru, Tibb Elmləri Doktoru, Professor
  • Azər Kərimov - Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini, Tibb Elmləri Doktoru, Professor
  • Nailə Rəhimova - K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Elmi işlər üzrə direktor müavini, Tibb Elmləri Doktoru
  • Yavər Şıxəliyev - 1 saylı Vərəm Dispanserinin baş həkimi, Tibb Elmləri Doktoru, Professor
  • Emil İskəndərov - M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş elmi işçisi, Tibb Elmləri Doktoru
  • Arif Mehdiyev - AMEA-nın akademik A.Qarayev adına Fizologiya institutunun AMEA-nın akademik A.Qarayev adına Fizologiya institutunun "İnteqrativ fəaliyyətinin molekulyar əsasları"laboratoriyasının rəhbəri, Biologiya Elmləri Doktoru
  • Yaqut Qarayeva - "Tibbi Ərəzi Bölmələrini İdarəetmə Birliyi"nin Tibbi statistika və etika şöbəsinin müdiri, Tibb üzrə Fəlsəfə Doktoru
  • Təranə Cavadova - Elmi Tədqiqat Kardiologiya İnstitutunun elmi katibi, Tibb üzrə Fəlsəfə Doktoru
  • Aynurə İsmayılova - Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, Tibb üzrə Fəlsəfə Doktoru
  • Səadət Hüseynova - Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Elmi işlər üzrə direktor müavini (kiçik elmi işçi), Tibb üzrə Fəlsəfə Doktoru
  • Lalə Rüstəmova - V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya laboratoriyasının müdiri, Tibb üzrə Fəlsəfə Doktoru, dosent
  • Valeh Hüseynov - Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru, Tibb üzrə Fəlsəfə Doktoru
  • Qumral Ələkbərova - Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Transfuziologiya üzrə direktor müavini, Tibb üzrə Fəlsəfə Doktoru
  • Fərrux Sədirov – TƏBİB-in cənub bölgəsinin koordinatoru, Həkim infeksionist
  • Vasif Əliyev - Müstəqil Ekspert, İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, Həkim infeksionist

Son xəbərlər

Orphus sistemi