TƏBİB-in icraçı direktoru: “Bir sıra xəstəliklər üzrə xidmətlərin təkmilləşdirilməsi ilə fəaliyyət planı hazırlanıb”
- 17 iyul, 2023
- 10:33
Yeniliklərdən dərhal xəbərdar olun!
“Uronefroloji, dəri-zöhrəvi, nevroloji xidmətlərin ölkə üzrə təkmilləşdirilməsi ilə əlaqəli fəaliyyət planları hazırlanıb.
"Report" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, endokrinoloji xidmətə əlçatanlığın təmin edilməsi məqsədi ilə Respublika Endokrinoloji Mərkəzin tibbi heyətinin rayon mərkəzi xəstəxanalarına xidməti ezamiyyəsi icra edilib: "Ümumilikdə 50 xəstəyə (20 uşaq olmaqla) konsultativ-diaqnostik və müalicəvi yardımlar göstərilib. Endokrinopatiyaların erkən aşkarlanması məqsədi ilə skrininq müayinələr təşkil olunub: 7 ümumtəhsil müəssisəsində 182 uşaqda müxtəlif patologiyalar aşkarlanıb və sonrakı müayinə və müalicələrə cəlb ediliblər. Uronefroloji, dəri-zöhrəvi, nevroloji xidmətlərin ölkə üzrə təkmilləşdirilməsi ilə əlaqəli fəaliyyət planları hazırlanıb".