TƏBİB-in şöbə müdiri: "Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir"

Sağlamlıq
  • 02 aprel, 2020
  • 07:41
TƏBİB-in şöbə müdiri: Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir
Yaqut Qarayeva
Report/Firudin Səlimov

"Bu gün də ölkədə daxili yoluxmalar var. Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir".

"Report" xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

O xatırladıb ki, hələ də virusun dərmanı tapılmayıb.