Bu gün Rusiyadan Azərbaycana koronavirus əleyhinə vaksin gətirilib.
“Report” xəbər verir ki, Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyasını, 40 min doza peyvəndi daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.
Vaksini xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, səhiyyə nazirinin müavini Viktor Qasımov, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələri qarşılayıb.
Qeyd edək ki, bu ilin martın 11-də Baş nazir Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb. Daha sonra Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyanın istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.
MONTAJ: SƏBUHİ MƏMMƏDOV