Son sutkada 3 nəfər koronavirusa yoluxub

Son sutkada 3 nəfər koronavirusa yoluxub Son sutkada 3 nəfər koronavirusa yoluxub.
Sağlamlıq
9 İyun , 2023 20:36
Son sutkada 3 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, son sutkada infeksiyaya 3 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 4 nəfər sağalıb.

Vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 876 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 576 nəfər müalicə olunaraq sağalıb, hazırda 20 aktiv xəstə var. Bu günə qədər 10 280 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 472, bu günə qədər isə ümumilikdə 7 630 048 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 43 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 966 068 olub.

Son xəbərlər

Orphus sistemi