Səhiyyə Nazirliyi: "Binəli Yıldırım və Şamil Ayrımın yaxın saatlarda xəstəxanadan buraxılacağı gözlənilir"

Səhiyyə Nazirliyi: "Binəli Yıldırım və Şamil Ayrımın yaxın saatlarda xəstəxanadan buraxılacağı gözlənilir" Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər və mütamadi həkim nəzarəti altınd
Sağlamlıq
21 Oktyabr , 2022 09:32
Səhiyyə Nazirliyi: Binəli Yıldırım və Şamil Ayrımın yaxın saatlarda xəstəxanadan buraxılacağı gözlənilir

Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçinin yaxın saatlarda evə yazılacağı (xəstəxanadan buraxılacağı) gözlənilir.

Bu barədə "Report"a Azərbaycan Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə onlar xəstəxanada mütamadi həkim nəzarəti altındadırlar, vəziyyətləri qənaətbəxşdir, həyatları üçün hər hansı bir təhlükə yoxdur.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində ölkəyə gəlmiş Binəli Yıldırım, mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Cəbrayıldan qayıdarkən döngədə idarəetməni itirərək qəzaya düşüb.

Son xəbərlər

Orphus sistemi