Salyanda COVID-19 vaksininin 2-ci dozası vurulur

Salyanda COVID-19 vaksininin 2-ci dozası vurulur Salyanda COVID-19 vaksinasiyasının ikinci mərələsinə başlanılıb
Sağlamlıq
18 Mart , 2021 14:17
Salyanda COVID-19 vaksininin 2-ci dozası vurulur

Salyanda COVID-19 vaksinasiyasının ikinci mərələsinə başlanılıb.

“Report”un Aran bürosu xəbər verir ki, peyvəndləmə Salyan Mərkəzi Rayon Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində aparılır.

Vaksinasiyanın ilkin mərhələsində səhiyyə işçiləri, 50 yaşdan yuxarı olan şəxslər peyvənd edilib. İkinci mərhələdə isə yüksək riskli-tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəliyi olan şəxslər peyvənd olunur.

İkinci mərhələdə də peyvəndləmə zamanı Çinin SinoVac şirkətinin istehsal etdiyi “Coronavac” peyvəndindən istifadə edilir.

Qeyd edək ki, rayonda bu günə kimi 8758 nəfərə koronavirusa qarşı peyvənd vurulub. Bunlardan 2559 nəfəri 65 yaşdan yuxarı, 5 466 nəfəri 50-65 arası, 733 nəfəri isə 50 yaşdan aşağı olan şəxslərdir. Hazırda vaksinasiya prosesi davam etdirilir.

Son xəbərlər

Orphus sistemi