Şimal bölgəsində şəhid ailələri və qazilər müayinə edilib.
"Report"un şimal bürosu xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Quba Rayon İcra Hakimiyyətinin, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun və Quba Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə növbəti tibbi aksiya keçirilib.
Tədbir zamanı Quba, Qusar, Xaçmaz rayonlarında yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 150-dən artıq vətəndaş kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçib. Onlara EKQ, ExoKQ müayinəsi aparılıb.
Müayinələrin nəticələrinə əsasən, xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.