Qrenlandiyanın buz örtüyünün təkamülü əvvəllər düşünüldüyündən daha yaşıl keçmişi və qeyri-müəyyən gələcəyi göstərir.
“Report” xəbər verir ki, Vermont Universiteti və Yuta Universiteti (USU) daxil olmaqla bir neçə universitet və beynəlxalq laboratoriyanın tədqiqatçıları “Camp Century”nin məlumatları əsasında bölgənin iqlim tarixini öyrəniblər.
Aparılan tədqiqatlar əsasən, hətta daha çox istiləşmə olmasa belə, Qrenlandiyada əhəmiyyətli ərimə mümkündür. Bu vəziyyət dəniz səviyyəsinin qalxması da daxil olmaqla qlobal nəticələrə səbəb olacaq.
Qeyd olunub ki, keçmişdə, xüsusən də 400 min il əvvəl əhəmiyyətli ərimə dövrlərinin olduğunu aşkar edbilər. Beləliklə, bu sahə son dərəcə həssasdır. Qlobal istiləşmə dayandırılsa belə, Qrenlandiyanın buz təbəqəsinin çox hissəsi əriyə bilər.
Nəticədə dəniz səviyyəsi əhəmiyyətli dərəcədə artacaq ki, bu da dünyanın sahilyanı regionları üçün fəlakətli nəticələrə səbəb ola bilər.