"Qida Təhlükəsizliyi İnstitutunun nəzdində 21 laborator fəaliyyət göstərir. Bu laboratoriayalardan 6-sı Abşeronda, 15 laboratoriya isə regionlarda yerləşir. Dövri olaraq bütün laborator müayinələrə nümunələr götürülür, ekspertizalar aparılır. Keyfiyyətinə və təhlükəsizlik göstəriciləri şübhəli bilinən məhsulların idxalı zamanı idxalı, istehsal prosesində aşkarlandıqda isə istehsalı qadağan olunur".
"Report" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri
O bildirib ki, keyfiyyətində və təhlükəsizlik göstəricilərində problem olan qidalarla bağlı müvafiq tədbirlər həyata keçirilir: "Bizim mövsümi xarakterli tədbirlər planımız imzalanıb və regional bölmələrimiz artıq həmin tədbirlər planını həyata keçirməkdədir. Biz maksimum çalışırıq ki, havaların isti keçməsi bizim qidaları təhlükəli hala salmasın ki, əhalinin sağlamlığı təhdid altında qalmasın".