Mütəxəssis: "Peyvənddən sonra hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur"

Mütəxəssis: "Peyvənddən sonra hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur" "COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya, dölə zərər verdiyinə dair yayılan məlumatlar əsassızdır".
Sağlamlıq
102
23 Noyabr , 2021 12:56
Mütəxəssis: Peyvənddən sonra hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur

"COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya, dölə zərər verdiyinə dair yayılan məlumatlar əsassızdır".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Məhəmməd Qəmbərov deyib.

O qeyd edib ki, hamilə olmağa çalışan qadınlar mövcud COVID-19 peyvəndi ilə peyvənd oluna bilərlər və peyvənddən sonra belə hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur.

M.Qəmbərov COVID-19 xəstəliyinin hamilələrin səhhətində yarada biləcəyi problemlərə toxunub: "Hamilələrin eyni yaş hamilə olmayan qadınlara nəzərən COVID-19 xəstəliyini daha ağır keçirdiyi elmi tədqiqatlarla təsdiq olunub. Xüsusilə də yanaşı xəstəliyi - şəkərli diabet, artıq çəki, gecikmiş hamiləlik, bronxial astma olanlar çox daha ağır keçirirlər. COVID-19 nəticəsi pozitiv olan hamilələrdə xəstəliyin yaratdığı ağırlaşmalar səbəbiylə ana ölümü, bətndaxili fetal ölüm, vaxtından əvvəl su gəlişi, vaxtından əvvəl doğum ehtimalı artır. Vaxtından əvvəl doğum baş verən hallarda təbii ki, uşaqda bununla bağlı qalıcı və kəskin ağırlaşmalar ehtimalı da artmış olur".

Son xəbərlər

Orphus sistemi