Azad Kərimli: "Azərbaycanda onkoloji xəstələrin sayı artır"

Azad Kərimli: "Azərbaycanda onkoloji xəstələrin sayı artır" 2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595 nəfər birincili onkoloji xəstə kimi düşüb. Bunlardan birinci-ikinci mərhələdə 4575 nəfər, üçüncü mərhələdə 3876, dördü
Sağlamlıq
4 Fevral , 2022 11:54
Azad Kərimli: Azərbaycanda onkoloji xəstələrin sayı artır
Azad Kərimli

"Yaxın zamanlarda əməliyyat keçirən, yaxud əməliyyatdan sonrakı dövrdə olan onkoloji xəstələr vaksin oluna bilməz. Həmçinin kimyaterapiya müalicəsi alan, ya da hazırda şüa terapiyası şöbəsində müalicə olunan onkoloji xəstələrə vaksin tövsiyə olunmur".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq Azad Kərimli deyib.

Mütəxəssis qeyd edib ki, müalicə bitdikdən sonra onlar da peyvənd oluna bilərlər: "O cümlədən də pasient uzun müddətdir onkoloji xəstə kimi qeydiyyatdadır, niyə peyvənd olunmasın? Hesab edirəm ki, mütləq COVID-19-a qarşı peyvəndlənməlidir".

O xatırladıb ki, 2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 403 nəfər onkoloji xəstə olub: "Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595 nəfər birincili onkoloji xəstə kimi düşüb. Bunlardan birinci-ikinci mərhələdə 4575 nəfər, üçüncü mərhələdə 3876, dördüncü mərhələdə 3144 nəfər olub. Burada demoqrafik göstəricilərə də nəzər salmaq lazımdır. Xərçəng xəstəliklərinin sayı demək olar ki, ölkə əhalisinin sayı ilə paralel artır. Demoqrafik göstəricilərlə müqayisəli götürsək, artım olan yerdə istər-istəməz onkoloji xəstəliklərdə də artım müşahidə olunur. Müvafiq göstəriciləri qonşu ölkələrin statistik məlumatları ilə müqayisə etsək, deyə bilərik ki, respublikamızda xərçəng xəstələrinin sayı o qədər də çox deyil.

Hazırda onkoloji xəstələrin aşkarlanmasında vəziyyət çox yaxşıdır. Belə ki, əgər 2016-cı ildə 17 min 166 nəfər 5 il və 5 ildən artıq yaşayanlar idisə, 2020-ci ildə bu göstərici 19 min 766 nəfər olub. Bu da qabaqçıl tibbi avadanlıqların olması, müasir müayinə, müalicə üsullarının tətbiqi, müalicədə protokolların istifadə olunması xəstəliyin sağalmasına, xəstənin vəziyyətinin yaxşılaşmasına xeyli təsir göstərib. Xəstəliyin erkən mərhələsində həkimə müraciət etməyi məsləhət görürəm, çünki bu, xərçəngin bəzi formalarından şəfa tapmaq ehtimalını xeyli artırır".

Son xəbərlər

Orphus sistemi