Nazirlik: Üzünü it parçalayan uşaq palataya yerləşdirilib, səhhəti yaxşıdır

Nazirlik: Üzünü it parçalayan uşaq palataya yerləşdirilib, səhhəti yaxşıdır Üzünü it parçalayandan sonra 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən uşağın səhhəti yaxşıdır.
Sağlamlıq
22 Aprel , 2019 10:20
Nazirlik: Üzünü it parçalayan uşaq palataya yerləşdirilib, səhhəti yaxşıdır
Unikal.org
0 : 00
0 : 00

Üzünü it parçalayandan sonra 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən uşağın səhhəti yaxşıdır.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, uşağa vaksinlər vurulub və o, hazırda palatadır: “Onun müalicəsi davam edir”.

Qeyd edək ki, hadisə Binəqədi rayonunda baş verib. Belə ki, Sulutəpə qəsəbəsində 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. Heyvan azyaşlının yanağını parçalayıb. Həkimlər onun yanağının parçalanmış hissəsini tikərək bərpa edib.

Son xəbərlər

Orphus sistemi