Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb.
Sağlamlıq
24 Aprel , 2024 10:21
Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb.

"Report" xəbər verir ki, təkmilləşdirməsi ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə yeni layihəyə start verib.

Layihənin icrası məqsədilə hər iki qurumun mütəxəssislərindən ibarət Koordinasiya qrupu yaradılıb.

Layihənin məqsədi əhaliyə əlçatan, keyfiyyətli, əhatəli və pasiyentyönümlü tibbi xidmətin göstərilməsidir.

Belə ki, layihənin icrası ən ucqar nöqtələrdə belə vətəndaşların fasiləsiz tibbi xidmət almasına imkan yaradacaq. Eyni zamanda layihə ilkin səhiyyə sahəsində maliyyə resurslarından səmərəli istifadəyə və universal tibbi təminatın təşkilinə də müsbət təkan verəcək.

Layihə çərçivəsində sözügedən sahə üzrə kadr potensialının gücləndirilməsi, ilkin səhiyyə xidməti göstərən müəssisələrin əhalinin sağlamlıq ehtiyaclarına uyğun olaraq ölkə üzrə optimallaşdırılması, infrastrukturun təkmilləşdirilməsi ilə bağlı müvafiq planların hazırlanması nəzərdə tutulub.

Həmçinin ilkin səhiyyə xidmətləri çərçivəsində göstəriləcək tibbi, profilaktik, maarifləndirmə xidmətlərinin çeşidinin, keyfiyyətinin artırılması və bu sahəyə ayrılan maliyyə vəsaitlərinin xidmətlərin çeşidinə uyğun tənzimlənməsi planlaşdırılır. Eyni zamanda səhiyyə sahəsində ilkin səhiyyə xidmətlərinə, o cümlədən profilaktikaya yönəlik strateji satınalma və yeni maliyyələşmə metodlarının tətbiqi, tibb mütəxəssisləri üçün həvəsləndirici maliyyələşmə sisteminin qurulması da layihə çərçivəsində nəzərdə tutulan tədbirlərdəndir.

Qeyd edək ki, ilkin səhiyyə xidməti ilkin tibbi-sanitariya yardımının əsasını təşkil edir və xəstəliklərin qarşısının alınması, ilkin diaqnostikası, müalicəsi, tibbi reabilitasiya, hamiləliyin müşahidəsi, sağlam həyat tərzinin formalaşdırılması və əhalinin səhiyyə maarifləndirilməsi üzrə fəaliyyətləri əhatə edir. İlkin səhiyyə xidməti ailə həkimi, sahə həkimi-terapevt, sahə həkimi-pediatr və ehtiyaclara uyğun olaraq bir sıra dar ixtisaslı həkimlər, habelə müvafiq orta tibb heyəti tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi