Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi publik hüquqi şəxsi və Tibbi Xidmətin Keyfiyyətinə Nəzarət və Akkreditasiya Mərkəzi publik hüquqi şəxsi yaradılıb.
"Report"un yerli bürosu xəbər verir ki, Hemodializ Mərkəzinin yaradılmasında məqsəd muxtar respublikada dializdən asılı olan, böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşlarımızın keyfiyyətli tibbi xidmətlərdən faydalanmasına şərait yaradılmasıdır.
Eləcə də bu qurum hemodializ xidmətinin yenidən təşkil edilməsi, adekvat səviyyəli personalla komplektləşdirilməsi, dializ parametrlərinin düzgün təyin olunması, idarəetmənin təkmilləşdirilməsi, lazımi maddi-texniki bazanın yaradılması məqsədi ilə yaradılıb.
Bundan əlavə, Tibbi Xidmətin Keyfiyyətinə Nəzarət və Akkreditasiya Mərkəzinin yaradılmasında məqsəd muxtar respublikada tibbi yardımın keyfiyyət göstəricilərini və bu göstəricilərin qiymətləndirilməsi metodlarını təkmilləşdirmək və işin səmərəliliyini təhlil etmək, peşəkar kadrlar formalaşdırmaq, bilik və bacarıqların artırılmasıdır.