MTN-in Hərbi Hospitalının rəsmi saytı istifadəyə verilib - FOTO

Sağlamlıq
  • 05 avqust, 2015
  • 10:15
MTN-in Hərbi Hospitalının rəsmi saytı istifadəyə verilib - FOTO

Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Hospitalının rəsmi saytı istifadəyə verilib. “Report”un xəbərinə görə, bakuhospital.az ünvanında yerləşən saytda Hərbi Hospitalın yaranma tarixi, xidmətləri, avadanlıqları və s. barədə məlumatlar yer alıb.

Qeyd edək ki, MTN-in Hərbi Hospitalının açılışı 2013-cü il noyabrın 12-də olub. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.