Moldovanın keçmiş Baş naziri: "Azərbaycan uğurlu vaksinasiya prosesi aparır"

Moldovanın keçmiş Baş naziri: "Azərbaycan uğurlu vaksinasiya prosesi aparır" "Artıq Qarabağda insanların ölməsindən deyil, orada həyata keçirilən quruculuq işlərindən danışırıq".
Sağlamlıq
5 Noyabr , 2021 12:33
Moldovanın keçmiş Baş naziri: Azərbaycan uğurlu vaksinasiya prosesi aparır

"Artıq Qarabağda insanların ölməsindən deyil, orada həyata keçirilən quruculuq işlərindən danışırıq".

"Report" xəbər verir, bunun Moldovanın keçmiş Baş naziri Kiril Qaburiçi VIII Bakı Qlobal Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O, Qarabağda görülən quruculuq işlərini yüksək dəyərləndirdiyini diqqətə çatdırıb: "Azərbaycan Prezidentinin bildirdiyi kimi, artıq orada evlər, məktəblər, uşaq bağçaları, mədəniyyət mərkəzləri tikilir, yeni infrastrukturlar yaradılır. Bu, çox vacibdir. Bu bir daha sübut edir ki, Azərbaycan öz insanlarının yaxşı yaşaması üçün şərait yaratmağa qadirdir".

K.Qaburiçi vurğulayıb ki, Azərbaycan uğurlu vaksinasiya prosesi aparır: "Postpandemiyadan danışmaq hələ tezdir, çünki pandemiya hələ də davam edir. Azərbaycana gəldikdə isə Prezident İlham Əliyev də bildirdi ki, ölkədə koronavirusla bağlı vəziyyət yaxşıdır, Çünki uğurlu vaksinasiya prosesi gedir. Hesab edirəm ki, Azərbaycan bu məsələdə bir çox ölkələrə nümunədir".

Son xəbərlər

Orphus sistemi