"Barselona" İsveçrə millisinin futbolçusu Joan Manzambi ilə maraqlanır

Futbol
  • 03 noyabr, 2026
  • 15:01
Barselona İsveçrə millisinin futbolçusu Joan Manzambi ilə maraqlanır

İspaniyanın "Barselona" klubu İsveçrə millisinin futbolçusu Joan Manzambi ilə maraqlanır.

"Report" yerli "Sport" nəşrinə istinadən xəbər verir ki, İngiltərənin "Aston Villa" komandasında çıxış edən hücumameyilli yarımmüdafiəçi Kataloniya təmsilçisinin rəsmilərinin diqqətini çəkib.

İdman direktoru Deku bu gün keçiriləcək "Barselona" - "Aston Villa" matçında oyunçunun çıxışını şəxsən qiymətləndirəcək.

Xatırladaq ki, "Barselona" - "Aston Villa" oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

44 filmi