AQTA: Kiflənmiş çörək insan sağlamlığı üçün çox təhlükəlidir

AQTA: Kiflənmiş çörək insan sağlamlığı üçün çox təhlükəlidir Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir.
Sağlamlıq
20 İyul , 2020 12:41
AQTA: Kiflənmiş çörək insan sağlamlığı üçün çox təhlükəlidir
0 : 00
0 : 00

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir.

AQTA-dan "Report"a verilən məlumata görə, rubrika çərçivəsində agantlik və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır.

Budəfəki maarifləndirici mövzumuz isə çörəkdə yaranan kif göbələyinin orqanizmə təsiri haqqındadır.

Qeyd olunub ki, çörək karbohidrat və kalori mənbəyi kimi insanın əsas qida vasitəsidir: "Tərkibində olan yüksək bitki zülalı, Omeqa-6 yağ turşusu, mineral və vitaminləri ilə orqanizmi təmin edir, həzm prosesini aktivləşdirir. Yüksək qlikemik indeksə malik çörək tez kiflənən məhsuldur. Çörəkdə olan kif göbələkləri münbit şəraitdə çoxalır. Bu cür hallar vaxtı keçmiş, keyfiyyətsiz çörəklərdə olur. Belə kiflər insan sağlamlığı üçün çox təhlükəlidir. Bəzən bir sıra istehsalçılar yeni partiya çörək-bulka məmulatlarının istehsalı zamanı xəmirin tərkibinə vaxtı ötmüş, xarab olmuş, qurumuş məhsul qatırlar. Bu, yolverilməz haldır. Təzə xəmirə az sayda göbələk sporunun düşməsi kifayətdir ki, bütün məhsul partiyası yararsız vəziyyətə düşsün.

Çörəkdə olan kiflərin təhlükəlilik səviyyəsini onun rənginə görə müəyyən etmək olur". 

Son xəbərlər

Orphus sistemi