"Karantin rejiminin sonlandırılması istiqamətində bəzi tövsiyələr hazırlayırıq. Karantin rejiminin tətbiqi ilə ölkədə xəstəliyin kütləvi yayılmasının qarşısının alınması tendensiyasını gördük. Ancaq bir çox sosial-iqtisadi amillər sərt karantin rejiminin uzun müddət davamına imkan verə bilməz. Bu baxımdan tədbirlərin yumşaldılması və karantin rejiminin tədricən aradan qaldırılması zərurəti yaranır".
"Report" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
"Bəs əldə edilmiş əks-epidemik nailiyyəti necə davam etdirək? Tibb işçiləri olaraq israrla müraciət edirik ki, vətəndaşlarımızın buna əməl etməsi lazımdır. Karantin rejiminin tətbiqi ilə əldə edilmiş əks-epidemik nailiyyətin davam etdirilməsi baxımından karantin tədbirlərinin tədricən və nəzarət altında aradan qaldırılması çox vacibdir. Tədricən çıxmağı bəs hansı amillər zəruri edir? Bunları xüsusi olaraq vurğulamaq istəyirəm. Karantin tədbirlərinin tam aradan qaldırılması ilə ikinci dalğa kütləvi yoluxma baş verə bilər. Bunu qrafikdən də görmək olar ki, karantin tətbiq edilməsəydi nə baş verə bilərdi. Ölkə rəhbərliyinin və Operativ Qərargahın qəbul etdiyi qərarlar olmasaydı biz çox acınacaqlı nəticələrin şahidi ola bilərdik. Mikrobioloji və genetik xüsusiyyətləri hələlik tam öyrənilməyən virusun kütləvi yoluxma halında patogenliyini artrması mümkündür və bu baxımdan, sürətli mutasiyaya uğraya bilər, bu gün istifadə etdiyimiz dərman vasitələrinə sürətli rezidentlik qazana bilər, həmin dərmanlar virusa təsir göstərməz. Bu isə arzuolunmaz və hətta faciəvi nəticələrə səbəb ola bilər", - R.Bayramlı əlavə edib.
Onun sözlərinə görə, bütün araşdırmaların nəticəsi göstərir ki, karantin rejiminin tətbiqolunması ilə əldə edilmiş nailiyyətlər qətiyyən laqeydliyə, etinasızlığa yol açmamalıdır:
"Tam əksinə, bilinməlidir ki, bu tədbirlər nəticəsində biz xəstəliyi tam yekunlaşıdırmamışıq. Ən böyük təhlükə qarşıda dayana bilər. Tətbiq olunan kompleks tədbirlər nəticəsində biz tibb müəssisələrimizi hazırlaya bilmişik, buna imkan qazanmışıq. Tibbi kadrlarımızı xəstəliklə mübarizəyə səfərbər etmək imkanı qazanmışıq.
Epidemioloji qanunauyğunluğa görə, vaksinasiya problemi həll edilməyənə qədər virusun ölkə əhalisinin əksəriyyətinə yoluxması baş verə bilər. Ancaq qeyd olunduğu kimi bu yoluxmanın sürətinin və miqyasının kontrol altında saxlanılması həyati vacib faktordur. Xəstələrin sayının səfərbər olunmuş olunmuş səhiyyə resursları sayını aşmaması üçün bütün tədbirlər görülməlidir. Azərbaycan vətəndaşları bu məsələyə ən vacib milli təhlükəsizlik məsələsi kimi baxmağı unutmamlıdır. Qətiyyən heç birimiz arxayınlaşmamalıyıq. Düşmənin hər birimizə bir nəfəs qədər yaxın olduğunu qarşıdakı bir il ərzində unutmamalıyıq.
Məhz bu baxımdan da Operativ Qərargahın tibbi hissəsi olaraq karantin rejimi müddətinin uzadılması ilə bağlı müraciət hazırlayırıq. Böyük ehtimalla biz epidemioloji vəziyyəti kontrol altında saxlamaq üçün epidemioloji nəticələrə əsaslanaraq müraciət edəcəyik. Kontrollu şəkildə karantin rejimindən çıxmaq, həmçinin mövcud karantin rejiminin uzadılması ilə bağlı müraciət olacaq. Karantin rejimindən çıxmağın qaydaları da bu müraciətdə özəksini tapacaq.
Onu da vurğulamaq istəyirəm ki, biz karantin rejimindən tədricən çıxdıqdan sonra belə xəstəliyin necə gedəcəyi aparacağımız statistik təhlillərin nəticəsindən asılı olacaq. Bu nəticədən asılı olaraq hansı tədbirləri görəcəyik, buna da o zaman qərar verəcəyik. Belə ki, tədbirlərin yenidən sərtləşdirilməsi ehtimalını da unutmamaıyıq.Təkrar sərt karantin tədbirlərinə keçməmək üçün tədricən keçməiyik və yaxın bir il ərzində həyat tərzimizi dəyişməli və bütün qaydalara əməl etməliyik. Bu qaydalar da önümüzdəki günlərdə Operativ Qərargaha təqdim olunacaq və təsdiqləndirkdən sonra ictimaiyyətə açıqlanacaq".