İranın 5 əyalətindən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

İranın 5 əyalətindən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu Yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb
Sağlamlıq
13 Aprel , 2021 12:16
İranın 5 əyalətindən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan "Report"a bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İran İslam Respublikasının Şərqi Azərbaycan (East Azarbaijan), Rəzavi Xorasan (Razavi Khorasan), Simnan (Semnan), Qəzvin (Qazvin) və Əlburz (Albors) əyalətlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, İran İslam Respublikasının Şərqi Azərbaycan, Rəzavi Xorasan, Simnan, Qəzvin və Əlburz əyalətlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İran İslam Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər

Orphus sistemi