İnfeksionist: "Mövsümlə əlaqəli viruslar daim mutasiyaya uğrayır"

Sağlamlıq
  • 26 yanvar, 2022
  • 11:20
İnfeksionist: Mövsümlə əlaqəli viruslar daim mutasiyaya uğrayır
Təyyar Eyvazov

“Mövsümlə əlaqəli viruslar daim mutasiyaya uğrayır. Bu səbəbdən mütəmadi şəkildə peyvəndlər istehsal olunur”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, viruslar ara-sıra dövran edir: “Yoluxuculuq olsa da, ölüm sayı az olur. Nəzərə almaq lazımdır ki, qoruyucu vasitələr koronavirusdan qorunmaq üçün eynidir. Məhdudiyyətlər aradan qaldırıldığından infeksiyalar adi illərdə olduğu kimi yenə də eynidir. Sadəcə koronavirusla birlikdə artımla nəzərə çarpır”.

44 - Tezliklə