İmmunoloq COVID-19-un nə zaman dayanacağını proqnozlaşdırıb

İmmunoloq COVID-19-un nə zaman dayanacağını proqnozlaşdırıb Koronavirus pandemiyası immunitet “təbəqəsi” 70-80%-ə çatana qədər dayanmayacaq.
Sağlamlıq
30 Oktyabr , 2020 10:59
İmmunoloq COVID-19-un nə zaman dayanacağını proqnozlaşdırıb

"Koronavirus pandemiyası immunitet “təbəqəsi” 70-80%-ə çatana qədər dayanmayacaq".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə immunoloq, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov bildirib.

“İmmunitet təbəqəsi 60% və yuxarı olduqda pandemiya yavaşlayacaq. 70-80%-dən sonra isə dayanacaq. Bu müddətdə təmasda olmayanlar xəstələnəcək. Ona görə də görülən tədbirlərdən sonra yayılmanın dayanmasını gözləməyə dəyməz. Düşünürəm ki, yalnız yavaşlama gözləyə bilərik. Əslində indi elə bu baş verir”, - o deyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Son məlumatlara görə, dünyada təhlükəli infeksiyaya yoluxma hallarının sayı artıq 45 milyonu keçib, təqribən 1,2 milyon nəfər virus qurbanı olub.

Son xəbərlər

Orphus sistemi