"İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə əlavə edilən 775 tibbi xidmətdən 469-u cərrahi əməliyyatlardır".
"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin Dövlət tibb müəssisələrinin ekspertizası şöbəsinin müdiri Nicat Şirinov yenilənmiş Xidmətlər Zərfi barədə danışarkən deyib.
Orqan transplantasiyasının limitli şəkildə Xidmətlər Zərfi ilə təminata alındığını vurğulayan şöbə müdiri qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayının müvafiq olaraq 100, 150 və 20 olduğunu bildirib.
O, həmçinin əməliyyatların icra olunacağı tibb müəssisələrinin siyahısını da açıqlayıb:
- Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı
- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Hərbi Hospitalı
- Mərkəzi Neftçilər Xəstəxanası
- “Mərkəzi Klinika” MMC
- Respublika Müalicəvi Diaqnostika Mərkəzi
- Bakı Sağlamlıq Mərkəzi
- Milli Hematologiya və Transfuziologiya Mərkəzi
- Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası
- “Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMC
-Bona Dea Beynəlxalq Xəstəxanası