Həkim: "Azərbaycanda uşaqlarda ən çox inkişaf qüsurlarına rast gəlinir"

Sağlamlıq
  • 09 fevral, 2019
  • 06:04
Həkim: Azərbaycanda uşaqlarda ən çox inkişaf qüsurlarına rast gəlinir

Bakı. 9 fevral. REPORT.AZ/ "Azərbaycanda uşaqlarda ən çox inkişaf qüsurlarına rast gəlinir. Bu hal patologiyaların 80 faizini təşkil edir".

"Report" xəbər verir ki, bunu Tibb Universitetinin Uşaq cərahiyyəsi kafedrasının müdiri Ramiz Poluxov deyib.

O bildirib ki, buna xüsusi diqqət yetirilir: "Yeni texnologiyaların tətbiqi ilə bütün uşaqlarda endoskopik əməliyyatları icra edə bilirik. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında uşaqların qısa müddətdə reabilitasiyası üçün bütün şərait mövcuddur".

44 filmi