ÜST: "Tibb işçilərinin bacarıqlarını gücləndirmək vacibdir"

ÜST: "Tibb işçilərinin bacarıqlarını gücləndirmək vacibdir" "Bir çox xəstəliyə qarşı istifadə olunan peyvəndlər insanların həyatını xilas edir. Pandemiya dövründə də koronavirus əleyhinə bir çox peyvənd istifadə olundu və yoluxma saylarının öz təsirini göstərmiş oldu".
Sağlamlıq
27 Aprel , 2022 10:20
ÜST: Tibb işçilərinin bacarıqlarını gücləndirmək vacibdir
Hans Klüge

"Bir çox xəstəliyə qarşı istifadə olunan peyvəndlər insanların həyatını xilas edir. Pandemiya dövründə də koronavirus əleyhinə bir çox peyvənd istifadə olundu və yoluxma saylarının öz təsirini göstərmiş oldu".

"Report"un Şamaxıya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge deyib.

ÜST-nin regional direktoru bildirib ki, COVID-19-a qarşı peyvəndlərin qlobal səviyyədə adi səviyyəli vətəndaşlar üçün istifadəsi əsas hədəflərdəndir:

"İlkin səhiyyə xidmətlərini xəstəxanadan kənar təsəvvür etmək çətindir. Lakin müəyyən xəstəliklərin əksər hissəsi ilkin tibbi yardım göstərilməklə aradan qaldırıla bilər. Təbii ki, insanlar ilkin xidmətlərə inamla yanaşmalıdır. Bu məqsədlə tibb işçilərinin bacarıqlarını gücləndirmək vacibdir".

"Mən də Belçikada terapevt olaraq ilkin xidmətlər göstərmişəm. Mən bu işi çox sevirdim. Evlərə gedəndə insanlar məni dost kimi qəbul edib inanırdılar. Onu da qeyd edim ki, ilkin tibbi xidmət göstərdiyimiz tibb işçisi olaraq da əmək haqları yaxşı idi. İşimin lazımi səviyyədə icrası üçün hər il yeni məlumatlandırıcı təlimlərdən keçirdik. Hətta hökumət mənim üçün tibbi xidmətlərimə görə lazımi ləvazimatlarla təchiz edirdi. Yəni bu iş üçün hərtərəfli dəstək mütləqdir" - Hans Klüge əlavə edib.

Son xəbərlər

Orphus sistemi