Hande Harmancı: "Yoluxmanın azalması bizi arxayınlaşdırmamalıdır, pandemiya bitməyib"

Hande Harmancı: "Yoluxmanın azalması bizi arxayınlaşdırmamalıdır, pandemiya bitməyib" "Koronavirusa yoluxma hallarının azalması bizi arxayınlaşdırmamalıdır və özümüzü qorumağa davam etməliyik".
Sağlamlıq
28 Aprel , 2023 14:23
Hande Harmancı: Yoluxmanın azalması bizi arxayınlaşdırmamalıdır, pandemiya bitməyib

"Koronavirusa yoluxma hallarının azalması bizi arxayınlaşdırmamalıdır və özümüzü qorumağa davam etməliyik".

"Report"un Qərb bürosu xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Dr. Hande Harmancı İmmunlaşdırma Həftəsi ərzində Göygöl rayonunda təşkil edilən tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

O, koronavirusa yoluxmanın bütün dünyada olduğu kimi Azərbaycanda da azaldığını söyləyib: "Ümid edirik ki, koronavirus pandemiyası tez bir zamanda tamamilə bitəcək. Lakin virusa yoluxmanın azalması bizi arxayın etməməlidir".

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən Avropa İmmunlaşdırma Həftəsində Qobustan, Yevlax, Mingəçevir və Göygöl rayonlarında peyvəndlərlə bağlı maarifləndirmə xarakterli silsilə tədbirlər təşkil edilib.

Son xəbərlər

Orphus sistemi