Gəncədə tibb ocağının tavanı çöküb, işçilər və pasiyentlər təxliyə olunub - YENİLƏNİB

Gəncədə tibb ocağının tavanı çöküb, işçilər və pasiyentlər təxliyə olunub - YENİLƏNİB Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncə şəhərində tibb müəssisəsində tavanın çökməsi hadisəsi ilə bağlı məlumat yayıb.
Sağlamlıq
24 Oktyabr , 2022 14:07
Gəncədə tibb ocağının tavanı çöküb, işçilər və pasiyentlər təxliyə olunub - YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncə şəhərində tibb müəssisəsində tavanın çökməsi hadisəsi ilə bağlı məlumat yayıb.

TƏBİB-dən "Report"a bildirilib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Nizami Ailə Sağlamlıq Mərkəzinin (ASM) Laboratoriya şöbəsinin tavan hissəsinin çökməsi zamanı xəsarət alan olmayıb.

İşçilər təhlükəsiz şəkildə təxliyə olunub. Hadisənin baş vermə səbəbi araşdırılır. Hazırda Laboratoriya şöbəsi istisna olmaqla Nizami ASM fəaliyyətini davam etdirir.

12.36

Gəncə şəhərində 2 saylı poliklinikanın laboratoriya otağının tavanı çöküb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə səbəbindən poliklinikada çalışan tibbi heyət və pasiyentlər təxliyə olunub.

Hazırda problemin aradan qaldırılması ilə bağlı lazımı işlər aparılır.

Son xəbərlər

Orphus sistemi