Gələn aydan hansı həkimlərin maaşlarının artırılacağı məlum olub - SİYAHI

Gələn aydan hansı həkimlərin maaşlarının artırılacağı məlum olub - SİYAHI Azərbaycanda iyunun 1-dən tibb sahəsində hansı ixtisaslar üzrə maaşların artırılacağı məlum olub.
Sağlamlıq
2 May , 2022 13:13
Gələn aydan hansı həkimlərin maaşlarının artırılacağı məlum olub - SİYAHI

Azərbaycanda iyunun 1-dən tibb sahəsində hansı ixtisaslar üzrə maaşların artırılacağı məlum olub.

"Report" xəbər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra tam məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur. Bu da 8 minə yaxın həkimə şamil olunacaq. Maaş artımı üzrə illik əlavə maliyyə xərci təqribən 100 milyon manat təşkil edir.

Belə ki, 17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım iki dəfəyədək təşkil edəcək.

Həkim – allerqoloq

Həkim – psixiatr

Həkim – dermatoveneroloq

Həkim – oftalmoloq

Həkim – endokrinoloq

Müalicəvi bədən tərbiyəsi üzrə həkim

Həkim – fizioterapevt

Həkim – pulmonoloq

Həkim – infeksionist

Həkim – revmotoloq

Həkim – kardioloq

Həkim – terapevt

Həkim – narkoloq

Həkim – toksikoloq

Həkim – nevroloq

Həkim – travmatoloq – ortoped

Həkim – pediatr

14 ixtisas üzrə çalışan həkimin maaşında isə artım 20-90% arası dəyişəcək.

Həkim – nefroloq

Həkim – epidemioloq

Həkim – ftiziatr

Həkim – hematoloq

Həkim – neonatoloq

Həkim – diyetoloq

Həkim – genetik

Müalicəvi bədən tərbiyəsi üzrə mütəxəssis

Həkim – laborant

Psixoloq

Həkim – metodist

Loqoped

Həkim – mikrobioloq

Həkim – statistik

Son xəbərlər

Orphus sistemi