Dünyada son sutkada minlərlə insan koronavirusun qurbanı olub

Dünyada son sutkada minlərlə insan koronavirusun qurbanı olub Dünyada son bir gündə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 612 min artaraq, 125,78 milyonu ötüb
Sağlamlıq
28 Mart , 2021 01:05
Dünyada son sutkada minlərlə insan koronavirusun qurbanı olub

Dünyada son bir gündə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 612 min artaraq, 125,78 milyonu ötüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-ün məlumatına görə, son sutkada minlərlə insan COVID-19-un qurbanı olub.

Qeyd edilir ki, ÜST-ə pandemiya ərzində ümumilikdə 125 781 957 yoluxma və 2 759 432 ölüm haqqında məlumatlar daxil olub. Son sutkada virusa yoluxanların sayı 612 369 nəfər, ölənlərin sayı 10 590 nəfər artıb.

Avropada 255 773 nəfərdə təhlükəli infeksiya aşkarlanıb. Siyahıda ikinci yerdə Şimali və Cənubi Amerika (222 213), üçüncü yerdə cənub-şərqi Asiya (71 708) qərarlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi