Dünyada koronavirusa yoluxanların sayı 574 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı 574 milyon nəfəri ötüb Dünyada koronavirusa yoluxanların sayı 574 316 254 nəfərə çatıb.
Sağlamlıq
24 İyul , 2022 14:36
Dünyada koronavirusa yoluxanların sayı 574 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı 574 316 254 nəfərə çatıb.

Bu barədə “Report” ayrı-ayrı ölkələrin koronavirusla mübarizə üzrə strukturlarının ümumi statistikasına istinadən xəbər verir.

Məlumata görə, pandemiya ərzində dünyada 6 401 860 nəfər COVID-19-dan ölüb, eyni zamanda virusa yoluxmuş 544 001 220 insan sağalıb.

Koronavirusa ən çox yoluxma halları ABŞ-da (92 145 839), Hindistanda (43 868 476), Braziliyada (33 555 526), Fransada (33 482 230), Almaniyada (30 331 131) aşkarlanıb.

Dünyada koronavirusdan ən çox ölüm də ABŞ-da (1 051 912) qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Braziliya (676 826 ölüm), Hindistan (525 997), Rusiya (382 118), Meksika (326,968), Peru (213 953), İndoneziya (156 902), Fransa (151 350), Böyük Britaniya (182 727) qərarlaşıb.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi