Dünyada koronavirusa yoluxanların sayı 550 milyon nəfərə çatıb

Dünyada koronavirusa yoluxanların sayı 550 milyon nəfərə çatıb Dünyada koronavirusa yoluxanların sayı 549 393 648 nəfərə çatıb.
Sağlamlıq
28 İyun , 2022 05:57
Dünyada koronavirusa yoluxanların sayı 550 milyon nəfərə çatıb

Dünyada koronavirusa yoluxanların sayı 549 393 648 nəfərə çatıb.

Bu barədə “Report” ayrı-ayrı ölkələrin koronavirusa yoluxma ilə bağlı ümumiləşmiş statistikalarına istinadən xəbər verir.

Məlumatlara əsasən, dünyada koronavirus qurbanlarının ümumi sayı 6 351 447 nəfərə, COVID-19-dan sağalanların sayı 524 231 873 nəfərə çatıb.

Pandemiya ərzində dünyada COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda ümumilikdə 88 815 555 insan virusa yoluxub, 1 milyon 40 min 843 nəfər koronavirusun qurbanı olub. Son sutkada ABŞ-da daha 12 884 nəfərdə COVID-19 aşkarlanıb, 22 nəfər ölüb.

Koronavirusa ümumi yoluxma statistikasına görə siyahıda ikinci yerdə Hindistan (43 420 608 yoluxma), üçüncü yerdə Braziliya (32 078 638), sonrakı yerlərdə Fransa (30 678 541), Almaniya (27 771 911), Böyük Britaniya (22 640 130) və digər ölkələr qərarlaşıb. Lakin əvvəlki dövrdən fərqli olaraq hazırda dünyada koronavirusa gündəlik yoluxma və ölüm statistikasına görə Tayvan birinci yerdədir. Son sutkada ada ölkədə 28 580 nəfərdə koronavirus aşkarlanıb, 91 nəfər ölüb. Gündəlik yoluxma statistikası üzrə siyahıda ikinci yerdə İtaliya (24 747) və ölüm (63 ölüm) qərarlaşıb. Avstraliyada (gündəlik yoluxma sayına görə 3-cü ölkə) daha 23 960 nəfərdə COVID-19 aşkarlanıb.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi