Dünyada COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 48 milyonu ötüb.
Bu barədə “Report” ayrı-ayrı ölkələrin yoluxma ilə bağlı statistikasına istinadən xəbər verir.
Hazırda dünyada təhlükəli infeksiyaya yoluxma hallarının sayı 48 004 848-dir.
COVID-19-a ən çox yoluxma halları ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda təhlükəli infeksiyaya 9 694 176 yoluxma aşkarlanıb.
Koronavirusa yoluxma hallarının ən çox aşkarlandığı ölkələr siyahısına habelə Hindistan (8 316 588 yoluxma), Braziliya (5 567 126), Rusiya (1 693 454), Fransa (1 502 763), İspaniya (1 331 756), Argentina (1 195 276), Kolumbiya (1 099 392), Böyük Britaniya (1 073 882) və Meksika (938 405) daxildir.
Pandemiya ərzində dünyada təhlükəli infeksiyadan ümumilikdə 1 222 985 insan ölüb. Bununla yanaşı, koronavirusa qalib gələnlərin sayı 34 444 218-ə çatıb.