Dünyada koronavirusa yoluxanların sayı 343 milyona çatır

Dünyada koronavirusa yoluxanların sayı 343 milyona çatır Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 342 596 024 nəfərə çatıb.
Sağlamlıq
21 Yanvar , 2022 10:55
Dünyada koronavirusa yoluxanların sayı 343 milyona çatır

Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 342 596 024 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 574 351 nəfər təşkil edir.

Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 69 308 600 nəfərə çatıb, 860 248 nəfər infeksiya səbəbindən vəfat edib.

İkinci yerdə qərarlaşan Hindistanda 38 566 027 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 488 396 nəfər ölüb.

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 23 595 178 nəfər virusa yoluxub, onlardan 622 476 nəfəri ölüb.

Son xəbərlər

Orphus sistemi